Azərbaycan çempionu "Benfika"nın acığını Lənkəran klubundan çıxdı
Futzal üzrə Yüksək Liqada 8-ci turun görüşləri keçirilib.
"Mediasport" xəbər verir ki, iki gün əvvəl Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda Bakıda "Benfika"dan (Portuqaliya) 9 cavabsız top buraxan son çempion "Araz-Naxçıvan" acığını debütant "Lənkəran"dan 21 qolla çıxıb.
12 qola sevinən lider "Neftçi" isə 1-ci pillədəki mövqeyini qoruyub.
Yüksək Liqa. 8-ci tur
U-19 – "Baku Fire" 4:6
Hakimlər: Knyaz Əmiraslanov, Rza Məmmədov, İmran Məhərrəmov
Hakim-inspektor: Azad Hüseynov
"Şuşa" - "Neftçi" İK 3:12
Hakimlər: Əli Cəbrayılov, Anar Fərəcov, Elgün Hüseynov
Hakim-inspektor: Elçin Səmədli
"Lənkəran" – "Araz-Naxçıvan" 3:21
Hakimlər: Hikmət Qafarlı, Kənan Məlikov, Vüsal Balaşov
Hakim-inspektor: Əfqan Həmzəyev

