Azərbaycan çempionatlarında yeni mövsümün püşkatması keçiriləcək

Azərbaycan çempionatlarında yeni mövsümün püşkatması keçiriləcək

Futzal üzrə Azərbaycan Yüksək və Birinci liqalarında 2025-26 mövsümünün püşkünün atılacağı tarix açıqlanıb.

"Mediasport" xəbər verir ki, mərasim sentyabrın 8-də, saat 12:00-da AFFA-nın inzibati binasında keçiriləcək.

Yüksək Liqada "Araz-Naxçıvan", "Baku Fire", "Neftçi" İK, "Şuşa", U-19 və "Lənkəran", Birinci Liqada "Baku Fire-2", PFL, "Xan-Lənkəran-2", "STAR kargo", "Timsport", "Atletiko Baku", "Trabzon - Azərbaycan", "Ulduz", "Dəstə Ordubad" və "Yeni Suraxanı" komandaları mübarizə aparacaqlar.

Yüksək Liqada oyunlar 4 dövrədən və 20 turdan, Birinci Liqada 1 dövrədən və pley-off mərhələsindən ibarət olacaq.