Azərbaycan çempionu üç futbolçusu ilə yollarını ayırdı

Azərbaycan çempionu üç futbolçusu ilə yollarını ayırdı

Futbol üzrə Azərbaycan 2-ci Liqasının son qalibi “Xankəndi” üç futbolçu ilə vidalaşıb.

"Mediasport" xəbər verir ki, qarabağlılar Pərviz Qaraxanov, Elməddin Hüseynzadə və Elşad Manafovla yolları ayırıblar.

Hər üç oyunçu ilə müqavilələrə qarşılıqlı razılıq əsasında xitam verilib.

Xatırladaq ki, "Xankəndi" yeni mövsüm Azərbaycan 1-ci Liqasında mübarizə aparacaq.