Azərbaycanda müqaviləni ləğv etdirib keçmiş klubuna qayıtdı

Azərbaycanda müqaviləni ləğv etdirib keçmiş klubuna qayıtdı

“Qəbələ”dən ayrılan Seydina Keytanın yeni komandası məlum olub.

"Mediasport" xəbər verir ki, seneqallı futbolçu karyerasını yenidən Litvada davam etdirəcək.

33 yaşlı afrikalı əvvəlki klubu “Panevejis"lə 2 illik müqavilə imzalayıb.

Xatırladaq ki, ötən yayda “Qəbələ”də forma geyinən Keyta iyunda müqaviləni uzatsa da, sonradan şəxsi məsələlərini əsas gətirərək komandadan ayrılmışdı.