"Qarabağ" "Neftçi"ni 3 qolla keçdi, "Sabah" "Səbail"ə qalib gəldi

Futbol üzrə Azərbaycan Premyer Liqasında 31-ci turun görüşləri keçirilir.
"Mediasport" xəbər verir ki, ikinci oyun günü "Azərbaycan derbisi" ilə əlamətdar olub.
Əzəli rəqiblər - "Qarabağ" və "Neftçi" cari mövsüm liqada sonuncu dəfə üz-üzə gəliblər.
Növbəti dəfə sevinən "köhlən atlar" olublar.
Qeyd edək ki, "ağ-qaralar" Ağdam klubuna sonuncu dəfə 2021-ci ildə - çempion olduqları mövsümün sonuncu turunda qalib gəliblər.
Günün digər qarşılaşmasında mövsümün qeyri-sabit komandalarından "Sabah"la çempionatı tərk etmək üzrə olan "Səbail" görüşüb.
Tura dünən start verilib. Avrokubokları hədəfləyən "Turan Tovuz" cari mövsümün uğurlu kollektivlərindən "Araz-Naxçıvan" səfərində 1 xal əldə edib.
Premyer Liqada 31-ci həftəyə sabah Zirədə yekun vurulacaq.
Azərbaycan Premyer Liqası. 31-ci tur
18 aprel
19:00. “Araz-Naxçıvan” - “Turan Tovuz” 1:1
Qollar: İssuf Paro, 52 - Faiq Hacıyev, 34.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamran Əliyev.
VAR: Tural Qurbanov.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
"Liv Bona Dea Arena"
19 aprel
17:30. “Sabah” - “Səbail” 3:2
Qollar: Sofian Şakla, 3, Dimitri Litvin, 82-avtoqol, Coy Lens Mikels, 90+3 - İnnosent Nşuti, 22, Süleyman Alluş, 74.
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəhman İmami, Əkbər Əhmədov.
VAR: Rəşad Əhmədov.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
"Bank Respublika Arena"
20:00. “Qarabağ” – “Neftçi” 3:0
Qollar: Abdullah Zubir, 22, Yassin Benzia, 40-penalti, Nəriman Axundzadə, 41.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov.
VAR: Kamal Umudlu.
AVAR: Namik Hüseynov.
Hakim-inspektor: Ömər Paşayev.
Tofiq Bəhramov adına Respublika stadionu
20 aprel
16:30. “Şamaxı” – “Kəpəz”
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov.
VAR: Nicat İsmayıllı.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Vüsal Əliyev.
Şamaxı şəhər stadionu
19:00. “Zirə” – “Sumqayıt”
Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Teymur Teymurov, Əli Əliyev.
VAR: Əliyar Ağayev.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Munis Abdullayev.
Zirə İdman Komnpleksinin stadionu