Azərbaycan klubu baş məşqçi və köməkçiləri ilə yollarını ayırdı

Futbol üzrə Azərbaycan Premyer Liqasına vəsiqə qazanan "İmişli"də ayrılıq reallaşıb.
Klubdan "Mediasport"a verilən məlumata görə, baş məşqçi Fərid Namazovla yollar ayrılıb.
Bölgə təmsilçisi məşqçilər korpusunda yer alan mütəxəssislərin hamısı ilə vidalaşıb.
Qeyd edək ki, Fərid Namazov "İmişli"yə ötən ilin avqustundan rəhbərlik edirdi.