"Qarabağ"ın yeni tapıntısı: "Sona qədər mübarizə aparacağıq”
"Qarabağ"ın futbolçusu Kamilo Duran UEFA Çempionlar Liqasının Liqa mərhələsinin üçüncü turunun "Atletik"lə səfər oyunundan sonra paylaşım edib.
"Mediasport" xəbər verir ki, kolumbiyalı vinger sosial şəbəkə hesabındakı paylaşımda hər şeyin qarşıda olduğuna işarə vurub:
“Bu, yalnız başlanğıcdır. Sona qədər mübarizə aparacağıq”.
Xatırladaq ki, ÇL-in əsas mərhələsində ilk iki görüşünü qələbə ilə başa vuran Azərbaycan çempionu İspaniya səfərindən əliboş dönüb (1:3).
