PFL çempionu darmadağın edərək Azərbaycan kubokunun qalibi oldu

Futzal üzrə Azərbaycan Kubokunun qalibi məlum olub.
"Mediasport" xəbər verir ki, Peşəkar Futbol Liqasının komandası finalda son Azərbaycan çempionu "Araz-Naxçıvan"ı darmadağın edib.
PFL baş məşqçisiz və legioner futzalçıları heyətdə olmayan naxçıvanlıların qapısından 7 top keçirib - 7:1.
Qeyd edək ki, PFL 1-ci Liqada 30 xalla çempion olub.
Oyun başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Əvvəlcə hakim-inspektor və hakimlərə xatirə diplomu təqdim olunub.
Ardınca final matçının ən yaxşısı fəxri tribunaya dəvət edilib. Finalda 4 qol vuran PFL-in üzvü Elçin İsmayılov ən yaxşı oyunçu mükafatına layiq görülüb.
Daha sonra Azərbaycan Futzal Federasiyasının vitse-prezidenti Elşən Abasov “Araz-Naxçıvan”a gümüş, PFL-lə qızıl medal və ölkə kubokunu təqdim edilib.