Təmsilçilərimizdən daha iki medal

  Təmsilçilərimizdən daha iki medal

Qazaxıstanın Çimkənd şəhərində keçirilən atletika üzrə 35-ci Qosanov Memorialına yekun vurulub.

"Mediasport" xəbər verir ki, Dünya Atletikası Kontinental Turunun bürünc səviyyəli yarışının ikinci günündə atletlərimizdən Yekaterina Sariyeva üçtəkanla tullanmada 13.47 metr nəticə ilə gümüş, Rüstəm Məmmədov isə eyni növdə 15.85 metr göstərici ilə bürünc medal qazanıblar.

Yarışın ilk günündə İlahə Quliyeva 400 metr məsafəyə qaçışda gümüş, Cabir Əliyev isə uzunluğa tullanmada bürünc medala layiq görülüblər.