İlahə Quliyeva Monakoda Azərbaycan rekordunu yenilədi

İlahə Quliyeva Monakoda Azərbaycan rekordunu yenilədi

Monakoda atletika üzrə Avropanın kiçik ölkələrinin çempionatı keçirilib.

"Mediasport" xəbər verir ki, idmançılarımızdan Lamiyə Vəliyeva 100 metr məsafəyə qaçışda 11.91 saniyə nəticə ilə ikinci yeri tutub.

İlahə Quliyeva 400 metr məsafəyə qaçışda 54.64 saniyə göstərici ilə bürünc medal qazanaraq Azərbaycan rekordunu yeniləyib.

Nüvəitələmə növündə Səkinə Hacızadə 12.78 metr nəticə ilə üçüncü olub.

Həmçinin Lamiyə Vəliyeva, İlahə Quliyeva, Safiya Kərimova və Fəridə Rzayevadan ibarət Azərbaycan komandası İsveç estafetində bürünc medal qazanıb.