"Qarabağ"a niyə transfer qadağası qoyulduğu məlum oldu
"Qarabağ"ın FİFA tərəfindən 3 transfer qadağası almasının səbəbi müəyyənləşib.
"Mediasport" xəbər verir ki, 2025-ci ilin fevralında Julio Romaonun "Ferensvaroş"a (Macarıstan) keçidi onun keçmiş klubu "Santa Klara" tərəfindən narazılıqla qarşılanıb.
Sonrakı satışdan pay istəyən Portuqaliya təmsilçisi "köhlən atlar"ı FİFA-ya şikayət edib.
Ağdam klubundan saytımıza verilən məlumata görə, məsələ artıq həll edilib və şikayət aradan qaldırılıb.
