Azərbaycan klubundan ayrılan futbolçu ABŞ-də oynayacaq
Qış fasiləsində “Qəbələ”dən ayrılan Jando Fukss özünə yeni komanda tapıb.
"Mediasport" xəbər verir ki, kamerunlu karyerasını ABŞ-də davam etdirəcək.
Yarımmüdafiəçi 1-ci Liqa təmsilçisi Şarlotta İndependyente" klubu ilə müqavilə bağlayıb.
Qeyd edək ki, 28 yaşlı futbolçu "Qəbələ"nin heyətində sentyabrdan yanvaradək cəmi 3 oyun keçirib.
