"Qarabağ" UEFA Gənclər Liqası üçün iştirak ərizəsini açıqladı

"Qarabağ" UEFA Gənclər Liqası üçün iştirak ərizəsini açıqladı

"Qarabağ"ın U-19 komandasının UEFA Gənclər Liqasının oyunları üçün iştirak ərizəsi açıqlanıb.

"Mediasport" xəbər verir ki, bu barədə "Report"a Ağdam təmsilçisinin Futbol Akademiyasının meneceri Nail Kərimov məlumat verib.

Siyahıda yer alan 32 oyunçunun 4-ü legionerdir. Onlardan 4-ü qapıçı, 12-si müdafiəçi, 10-u yarımmüdafiəçi, 6-sı hücumçudur.

Qapıçılar: Tunar Qasımov, Teymur Həsənov, Elşən Nəsirov, Bilal Hacıyev;

Müdafiəçilər: Əli Abışev, Məsud Əlişanlı, Rəşad Alışov, Emil Binyatzadə, Həbib Qədimov (Rusiya), Uğur Qurbanlı, Cavid Məlikov, Cavid Məmmədov, Səbuhi Niftiyev, Amin Rzayev, Rəvan Teymurov, Əhməd Vəliyev;

Yarımmüdafiəçilər: Eltun Babazadə, Əli Bəşirov, Əli Qazıbəyov, Ahmet Levent Gülenç (Türkiyə), İlkin Hacıyev, Əbdüləziz Cabbarlı, Hikmət Cəbrayılzadə, Elton Mikayılov, Mehdi Mütəllimli, Əliəkbər Rzazadə;

Hücumçular: Toheeb Abiodun, Muyideen Olude (hər ikisi Nigeriya), Əli Əliyev (2018-ci ildən klubdadır), Əli Əliyev (2024-cü ildə kluba qoşulub), Əli İbrahim, Şahismayıl Cəfərov.

"Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasının 1-ci turunda Portuqaliya təmsilçisi "Benfika"nın qonağı olacaq.

Qarşılaşma sentyabrın 16-da, Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.