Azərbaycan Kubokunda final matçının keçiriləcəyi tarix açıqlandı

Azərbaycan Kubokunda 2025/2026 mövsümünün final oyununun keçiriləcəyi tarix açıqlanıb.
"Mediasport" xəbər verir ki, həlledici matç mayın 13-də baş tutacaq.
Görüşün hansı stadionda keçiriləcəyi barədə məlumat dəqiqləşməyib.
Xatırladaq ki, son mövsüm Sumqayıtda yerləşən Mehdi Hüseynzadə stadionunda reallaşan finalın qalibi "Sabah" olub.