Babək Quliyev Avropa Konfrans Liqası matçına təyinat aldı

Babək Quliyev Avropa Konfrans Liqası matçına təyinat aldı

Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan növbəti təyinat alıb.

"Mediasport" xəbər verir ki, o, UEFA Konfrans Liqasının II təsnifat mərhələsində iş başında olacaq.

Quliyev iyulun 24-də keçiriləcək “Novi Pazar” (Serbiya) - “Yagelloniya” (Polşa) görüşünün hakim-inspektoru vəzifəsini yerinə yetirəcək.

Qarşılaşma Novi Pazar şəhərində yerləşən “Qradski” stadionunda baş tutacaq.