Xankəndi şəhər stadionunda ot örtüyü dəyişdirilir, tribunalar tamamilə yenilənir - FOTOLAR

Xankəndi şəhər stadionunda ot örtüyü dəyişdirilir, tribunalar tamamilə yenilənir - FOTOLAR

Gənclər və idman naziri Fərid Qayıbov Xankəndi şəhərinə səfəri çərçivəsində Xankəndi şəhər stadionunun yenidənqurma işləri ilə maraqlanıb.

"Mediasport" xəbər verir ki, burada stadionun meydança və tribunalarının tikinti işləri barədə məlumat alan Fərid Qayıbov təmir‑bərpa işlərinin vaxtında və keyfiyyətlə tamamlanması barədə müvafiq tapşırıqlar verib.

Qeyd edək ki, III MDB Oyunlarının kamandan oxatma yarışları Xankəndi şəhər stadionunda keçiriləcək.