Azərbaycan Kuboku: Yarımfinalın ilk matçlarının saatları məlum oldu

Azərbaycan Kuboku: Yarımfinalın ilk matçlarının saatları məlum oldu

Futbol üzrə Azərbaycan Kuboku yarışında yarımfinal mərhələsinin ilk oyunlarının təqvimi açıqlanıb.

"Mediasport" xəbər verir ki, ilk matçlar aprelin 2-də baş tutacaq.

Qarşılaşmalar “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

Cavab duelləri aprelin 23-nə planlaşdırılıb.


Azərbaycan Kuboku. Yarımfinal. İlk oyunlar


2 aprel (çərşənbə)

“Araz-Naxçıvan” - “Qarabağ”

“Liv Bona Dea Arena”, 17:00

“Neftçi” - “Sabah”

“Neftçi Arena”, 19:30