PFL 85 illik yubileyi münasibətilə Kazbek Tuayevi təbrik etdi

PFL 85 illik yubileyi münasibətilə Kazbek Tuayevi təbrik etdi

Peşəkar Futbol Liqası (PFL) Azərbaycan milli komandası və “Neftçi”nin sabiq futbolçusu-baş məşqçisi Kazbek Tuayevi təbrik edib.

"Mediasport" xəbər verir ki, veteran futbolçunun 85 illik yubileyi münasibətilə keçirilən tədbirdə həmkarları, futbol ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Peşəkar Futbol Liqasının icraçı direktoru Zaur Hacı-Məhərrəmov yubilyarı təbrik edib, ona PFL-in xüsusi hədiyyəsini təqdim edib.

Qeyd edək ki, 1940-cı ildə Ələt qəsəbəsində anad olmuş Kazbek Tuayevin noyabrın 13-də 85 yaşı tamam olub.

O, futbolçu kimi 1966-cı ildə "Neftçi" ilə SSRİ çempionatının bürünc medalını qazanıb.