"Qarabağ" Niderland səfərində çox vacib və çətin qələbə qazandı

"Qarabağ" Niderland səfərində çox vacib və çətin qələbə qazandı

Azərbaycanın UEFA Konfrans Liqasında təmsilçisi "Qarabağ" pley-off mərhələsində ilk oyununu keçirib.

"Mediasport" xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Niderland səfərində "Tvente" ilə qarşılaşıb.

Mübariz oyun sərgiləyən təmsilçimiz əzmkar qələbə qazanıb.

Komandalar arasında cavab görüşü avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.


UEFA Konfrans Liqası. Pley-off mərhələsi. İlk oyun


"Tvente" (Niderland) - "Qarabağ" (Azərbaycan) 0:1

Qol: Kadi Borges, 52.

Baş hakim: Cuxin Caca

Yan xətt hakimləri: Reydi Avdo, Mario Şazivari

Dördüncü hakim: Emanuela Rusta (hamısı Albaniya)

VAR: Canluka Aureliano (İtaliya)

AVAR: Albert Doda (Albaniya)

Niderland, Ensxede, "De Qrolş Veste" stadionu.

"Tvente": Lars Unnerstall, Van Rooli, Ruud Niystad, Robin Pröpper, Aske Adelqaard, Ramiz Zerruki, Dauda Veydmann, Dan Rots, Vut Veqorst, Sondre Oryaster, Marko Pyasa.

"Qarabağ": Martin Zlomisliç, Bruno Lanqa, Bençe Varkonyi, Bədavi Hüseynov, Mateus Silva, Marko Yankoviç, Samuel Lobato, Jali Muaddib, Aleksey Kaşşuk, Kadi Borges, Musa Qurbanlı.