Xorvatiyada yeganə medalımızı Zəhra Kərimzadə ilə qazandıq

 Xorvatiyada yeganə medalımızı Zəhra Kərimzadə ilə qazandıq

Azərbaycanın qadın güləşçisi Zəhra Kərimzadə Xorvatiyanın paytaxtı Zaqrebdə təşkil olunan 2026-cı ilin ilk reytinq turnirində millimizin yeganə uğurlu üzvü olub.

"Mediasport" xəbər verir ki, 72 kq çəki dərəcəsində yarışan idmançımız yarışda bürünc medal qazanıb.

O, medal görüşündə yaponiyalı Mahiro Yoşitakeni 4:1 hesabıyla üstələyib.

Azərbaycan yarışda baş məşqçi əvəzi Toğrul Əsgərov və böyük məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında 7 güləşçi (Əsmər Cankurtaran, Elnurə Məmmədova (hər ikisi 50 kq), Nərgiz Səmədova (53 kq), Jalə Əliyeva (57 kq), Günay Qurbanova (59 kq), Birgül Soltanova (68 kq), Zəhra Kərimzadə (72 kq) ilə təmsil olunub.