AFFA-nın vitse-prezidenti millimizin düşərgəsində

AFFA-nın vitse-prezidenti millimizin düşərgəsində

20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Qəbələdə təlim-məşq toplanışını davam etdirir.

"Mediasport" xəbər verir ki, baş məşqçi Ruy Jorjenin rəhbərliyi altında baş tutan toplanış 10 iyuna qədər davam edəcək.

Millinin düşərgəsinə 24 futbolçu dəvət edilib.

AFFA-nın vitse-prezidenti Sərxan Hacıyev də U-21 millinin toplanışını izləyib.