Azərbaycan Milli Olimpiya Komitəsinin rəsmisi vəfat etdi

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) Beynəlxalq Proqramlar Departamentinin rəhbəri Mehman Kərimov vəfat edib.
"Mediasport" xəbər verir ki, o bu gün səhər saatlarında, uzun sürən xərçəng xəstəliyindən sonra 52 yaşında dünyasını dəyişib.
Mehman Kərimov müxtəlif beynəlxalq yarışlarda missya rəhbəri, Milli Paralimpiya Komitəsinin İdarə Heyətinin, MOK-un bir sıra komissiyalarının üzvü kimi fəaliyyət göstərib.