Azərbaycan millisi birinci oldu

Azərbaycan millisi birinci oldu

Taekvondo üzrə böyüklərdən ibarət milli komandamızın üzvləri İsveçrənin Sanqt-Qallen şəhərində keçirilmiş "Swiss Open 2025" beynəlxalq turnirində çıxış ediblər.

"Mediasport" xəbər verir ki, Bəhruz Quluzadə (54 kq), Cavad Ağayev (80 kq) və Minayə Əkbərova (46 kq) bütün rəqiblərini üstələyərək qızıl medal qazanıblar.

Etac Qafarov (87 kq) gümüş, Qaşım Maqomedov (63 kq), Riyad Şirəliyev (68 kq) və Səmərrux Osmanova (49 kq) bürünc medallara sahib çıxıblar.

Bəhruz Quluzadə yarışın ən yaxşı idmançısı seçilib. Milli komandamız yarışda ümumi komanda hesabında birinci yerə layiq görülüb.

Turnirin yekununda kubok Dünya Taekvondo Federasiyasının prezidenti Dr. Çunqvon Çu tərəfindən Azərbaycan milli komandasına təqdim edilib.