Hidayət Heydərovdan atmaca - FOTO

Hidayət Heydərovdan atmaca - FOTO

Bu il iki beynəlxalq yarışa buraxılmayan Azərbaycanın ən titullu cüdoçusu Hidayət Heydərov azarkeşlərə atmaca ünvanlayıb.

"Mediasport" xəbər verir ki, Olimpiya, Avropa və dünya çempionu sosial şəbəkə hesabında bununla əlaqəli post paylaşıb.

O, paylaşımında "bezdirmisiz" ifadəsindən istifadə edib.

Xatırladaq ki, 73 kq çəki dərəcəsində yarışan idmançı çəkisini aşağı sala bilmədiyi üçün fevralda Özbəkistanın paytaxtı Daşkənddə və iyunda Monqolustanın paytaxtı Ulan-Batorda keçirilmiş "Böyük Dəbilqə" yarışlarından kənarlaşdırılıb.