"Qarabağ"dan ayrılan Almeyda aşağı liqa komandasına keçdi

"Qarabağ"dan ayrılan Almeyda aşağı liqa komandasına keçdi

"Qarabağ"dan ayrılan Riçard Almeydanın karyerasını vətənində davam etdirəcəyini diqqətinizə çatdırmışdıq.

Mediasport.com.az xəbər verir ki, 36 yaşlı "sambaçı"nın yeni komandası müəyyənləşib.

Azərbaycan millisinin keçmiş üzvü aşağı liqada oynayacaq. Yarımmüdafiəçi "Primavera" klubu ilə müqavilə bağlayıb.

Sau Paulu təmsilçisi Sau Paulunun ştat çempionatında yarışır.