Azərbaycan çempionatında ikinci finalçı komanda müəyyənləşdi

Azərbaycan çempionatında ikinci finalçı komanda müəyyənləşdi

Azərbaycan Basketbol Liqasında (ABL) ikinci finalçı məlum olub.

"Mediasport" xəbər verir ki, yarımfinal mərhələsinin ikinci cütündə "Neftçi" ilə "Abşeron Lions"un növbəti dueli baş tutub.

Bakı İdman Sarayında baş tutan matç bu dəfə də abşeronluların qələbəsi ilə yekunlaşıb - 90:81.

İlk görüşdə rəqibini 95:89 hesabı ilə məğlub edən "Abşeron Lions" bununla da qələbə seriyasını ikiyə çatdıraraq finala yüksəlib.

Həlledici dueldə komanda son çempion "Sabah"la qarşılaşacaq.

Qeyd edək ki, final seriyasında ən tez üç qələbə qazanan klub 2025/2026-cı illər mövsümünün çempionu olacaq.