Azərbaycan millisi Türkiyədə “Turan Kuboku”nun qalibi oldu
Kəndirlə mübarizə idman növü üzrə Azərbaycan milli komandası Türkiyənin Mersin şəhərində keçirilən “Turan Kuboku”nda uğurla çıxış edib.
Gənclər və İdman Nazirliyindən "Mediasport"a verilən məlumata görə, yığma gənclər və böyüklər arasında qarışıq (3 qız + 3 oğlan) kateqoriyalar üzrə birinci yerə layiq görülüb.
Eyni zamanda millimiz komanda hesabında ikinci yeri tutub.
