Yığma komandamız Qazaxıstanda böyükhesablı qələbə qazandı

 Yığma komandamız Qazaxıstanda böyükhesablı qələbə qazandı

Azərbaycanın oğlanlardan ibarət U-14 basketbol milli komandası Qazaxıstanın Atrau şəhərində keçirilən "Airom Cup” beynəlxalq basketbol turnirinində 3-cü matçına çıxıb.

"Mediasport" xəbər verir ki, yığmamız bu dəfə yerli “Ayrom” klubuna böyük hesabla qalib gəlib - 89:32.

Qeyd edək ki, yarışda Qırğızıstanın "Edelveys", Gürcüstanın "Kutaisi", Rusiyanın "Devon" və "Axtuba" klubları da mübarizə aparırlar.

Dairəvi sistemlə keçirilən turnirin qalibi iyunun 22-də müəyyənləşəcək.