APL-də 1-ci tur: Bu komanda ilk ev matçını Şamaxıda keçirəcək

APL-də 1-ci tur: Bu komanda ilk ev matçını Şamaxıda keçirəcək

Azərbaycan Premyer Liqasında 2025/26 mövsümündə 1-ci turun oyun cədvəli məlum olub.

"Mediasport" xəbər verir ki, turun bütün görüşləri "CBC Sport" telekanalı vasitəsilə canlı yayımlanacaq.

Uzun illər aradan sonra Premyer Liqaya qayıdan "İmişli"nin müvəqqəti olaraq ev oyunlarını Quba Olimpiya İdman Kompleksinin stadionunda keçirəcəyi bildirilsə də, aranlılar rəqibini Şamaxıda qəbul edəcəklər.


Azərbaycan Premyer Liqası. 1-ci tur


15 avqust (cümə)

17:00 "Karvan-Yevlax" - "Qəbələ"

Şamaxı şəhər stadionu.


16 avqust (şənbə)

17:00 "İmişli" - "Turan Tovuz"

Şamaxı şəhər stadionu.

20:00 "Neftçi" - "Şamaxı"

"Neftçi Arena".


17 avqust (bazar)

18:30 "Sabah" - "Qarabağ"

"Bank Respublika Arena".

20:30 "Sumqayıt" - "Kəpəz"

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.


18 avqust (bazar ertəsi)

20:00 "Zirə" - "Araz-Naxçıvan"

Zirə İdman Kompleksinin stadionu.