Yığma komandamız Çində Dünya Qadın Seriyasında 2-ci oldu

Çinin Şanxay şəhərində keçirilən 3x3 basketbol üzrə Dünya Qadın Seriyasına yekun vurulub.
"Mediasport" xəbər verir ki, yalnız finalda uduzan Azərbaycan yığması yarışı 2-ci yerdə bitirib.
Komandamız finalda Kanada basketbolçuları ilə qarşılaşıb. Görüş rəqibin xeyrinə başa çatıb - 21:12.