AVRO-2027: Millimiz Bolqarıstan yığmasına böyük hesabla uduzdu

 AVRO-2027: Millimiz Bolqarıstan yığmasına böyük hesabla uduzdu

Qadın basketbolçulardan ibarət Azərbaycan milli komandası bu gün AVRO-2027-nin seçmə qrup mərhələsində mübarizəyə başlayıb.

"Mediasport" xəbər verir ki, E qrupunda yer alan Evrən Alkayanın baş məşqçisi olduğu kollektiv Bolqarıstan yığması ilə qarşılaşıb.

Bakı İdman Sarayında baş tutan görüş qonaqların böyükhesablı qələbəsi ilə yekunlaşıb - 141:48.

Xatırladaq ki, millimiz noyabrın 15-də Monteneqronu qəbul edəcək.