Millimiz Oman, Syerra-Leone və Sent Lusia yığması ilə görüşəcək

Millimiz Oman, Syerra-Leone və Sent Lusia yığması ilə görüşəcək

Azərbaycan milli komandasının Bakıda keçiriləcək “FIFA series” mini-turnirindəki rəqibləri müəyyənləşib.

"Mediasport" xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektivin rəqibləri Oman, Syerra Leone və Sent Lusia olacaq.

Bütün oyunlar mart ayında paytaxtımızda baş tutacaq.

Xatırladaq ki, 2024-cü ildən keçirilən turnir həmin il Bolqarıstan və Monqolustan millilərinin iştirakı ilə Bakıda da təşkil edilib.