Azərbaycan klubları "Benfika" və "Lokomotiv" səfərində oynayacaq

 Azərbaycan klubları "Benfika" və "Lokomotiv" səfərində oynayacaq

Azərbaycanın basketbol üzrə FİBA Avropa Kubokunun qrup mərhələsində təmsilçilərindən "Neftçi", "LANDAU Lions" və "Gəncə" bu gün növbəti matçlarını keçirəcəklər.

"Mediasport" xəbər verir ki, H qrupunda yer alan "ağ-qaralar" müntəzəm mövsümün 5-ci turunda Bolqarıstanın "Lokomotiv" klubunun qonağı olacaqlar.

Plovdiv şəhərində baş tutacaq görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

"Neftçi" qrupda keçirdiyi əvvəlki dörd görüşdə "Fribur Olimpik"ə (İsveçrə), "Mikonos"a (Yunanıstan), VEF-ə (Latviya) və "Oradya"ya (Rumıniya) uduzub.

G qrupunda yarışan "LANDAU Lions" Portuqaliyada "Benfika" ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Təmsilçimiz bunadək qrupda "Denizli Basket"ə (Türkiyə) qalib gəlib, "Bakken Birs"ə (Danimarka), "Lions de Geneve" (İsveçrə) və "Prievidza"ya (Slovakiya) məğlub olub.

C qrupunda qərarlaşmış "Gəncə" isə Bakı vaxtilə saat 21:00-da Rumıniya səfərində "Universitatya" Krayova ilə duelə çıxacaq.

Qərb təmsilçisi qrupda əvvəlki oyunlarında “Esenler Erokspor” (Türkiyə) və “Kolossos” (Yunanıstan) kollektivlərinə uduzub, “Sportinq”ə (Portuqaliya) qalib gəlib.

Komanda Bolqarıstanda “Rilski Sportist” ilə görüşə getmədiyi üçün texniki məğlubiyyət alıb.