"Neftçi"nin sabiq üzvü "Sumqayıt"la iki illik müqavilə imzaladı - RƏSMİ

Transfer çalışmalarını davam etdirən "Sumqayıt" daha bir futbolçunun keçidini reallaşdırıb.
"Mediasport" xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi ötən mövsümü "Neftçi"də keçirmiş Höccət Haqverdi ilə 2 illik müqavilə imzalayıb.
2020-21 mövsümündə "Sumqayıt"la bürünc medal qazanan Höccət 1,5 mövsüm "Sumqayıt"ın formasını geyinib.
O, komandanın heyətində bütün turnirlər daxil olmaqla ümumilikdə 49 matça çıxıb, 1 qol və 1 məhsuldar ötürmə edib.