"Qarabağ" Portuqaliyadan daha 2 futbolçunun keçidini həll etdi

"Qarabağ" Portuqaliyadan daha 2 futbolçunun keçidini həll etdi

"Qarabağ" "Kaza Piya" klubunun futbolçusu Joao Qulartı transfer etməkdə israrlıdır.

"Mediasport" xəbər verir ki, bu barədə Portuqaliyanın SAPO portalı xəbər yayıb.

26 yaşlı mərkəz müdafiəçisinin keçidinin reallaşmaq üzrə olduğu qeyd edilib.

Oyunçunun klubu ilə müqaviləsi 2027-ci ilin sonunda başa çatacaq.

Qulart başa çatan sezon bütün turnirlər daxil olmaqla 30 matçda forma geyinib və 1 dəfə qol sevinci yaşayıb.

Portuqaliya mediası "Portimonense"nin yarımmüdafiəçisi Samuel Lobatunun da "Qarabağ"a keçmək üzrə olduğunu yazıb.

Təmsilçimizin 24 yaşlı portuqaliyalı ilə bugünlərdə müqavilə imzalayacağı gözlənilir.

Samuel karyerasında ilk dəfə legioner həyatı yaşayacaq. O, buna qədər sadəcə Portuqaliya klublarında forma geyinib.

24 yaşlı Lobatu 2025/2026 mövsümünü "Portimonense"də keçirib. Ümumilikdə 30 oyuna çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.