Azərbaycan güləşçisi Slovakiyada Avropa çempionu adını qazandı

Azərbaycan güləşçisi Slovakiyada Avropa çempionu adını qazandı

Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə Avropa çempionatı davam edir.

"Mediasport" xəbər verir ki, bu gün Azərbaycanın qadın güləşçiləri də mübarizəyə qoşulublar.

İlk gündə yarışan iki təmsilçimizdən Alyona Kolesnik (59 kq) yarımfianaladək irəliləsə də, bu raundda uduzaraq sabah bürünc medal görüşünə vəsiqə əldə edib, Elnurə Məmmədova (55 kq) isə mübarizəni təsnifat mərhələsində dayandırıb.

Axşam seansında üç sərbəst güləşçimiz medal görüşlərini keçirib.

Dünən finala yüksəlmiş Giorgi Meşvildişvili (125) həlledici dueldə Solomon Manaşviliyə (Gürcüstan) son saniyələrdə qalib gələrək Avropa çempionu olub.

Digər finalçımız Osman Nurməhəmmədov (92 kq) Dauren Kuruqluevə (Yunanıstan) məğlub olaraq gümüş mükafat qazanıb.

Ağanəzər Novruzov (74 kq) isə bürünc mükafat uğrunda mübarizədə Ramazan Ramazanovu (Bolqarıstan) üstələyərək fəxri kürsüdə yer alıb.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq) və Kənan Heybətov (70 kq) 3-cü yeri tutublar.

Milli komandamız Slovakiyaya 10 sərbəst, 4 qadın və 10 yunan-Roma güləşçisi ilə yollanıb.

Qitə birinciliyinə aprelin 13-də yekun vurulacaq.