Azərbaycan klubu daha bir sponsorluq müqaviləsi imzaladı

Azərbaycan klubu daha bir sponsorluq müqaviləsi imzaladı

Azərbaycan 1-ci Liqa təmsilçisi "Şahdağ Qusar"ın Futbolun İnkişaf Fondu (FİF) vasitəçiliyi ilə növbəti tərəfdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirilib.

"Mediasport" xəbər verir ki, “İsmikhanlı” şirkəti ilə əldə olunan razılaşma çərçivəsində tərəfdaşlıq müqaviləsini “Şahdağ Qusar”ın prezidenti Rahid Əmirquliyev və şirkətin direktoru Nəcəf Cəfərli imzalayıblar.

Anlaşmaya əsasən, “İsmikhanlı” MMC-nin “FrutRis” brendinin loqosu klubun oyun köynəyinin çiyin hissəsində yerləşdiriləcək və şirkətə digər reklam hüquqları veriləcək.