Bu məşqçinin bölgə klubunda fəaliyyəti 3 ay çəkmədi - GETDİ

Bu məşqçinin bölgə klubunda fəaliyyəti 3 ay çəkmədi - GETDİ

Futbol üzrə Azərbaycan 2-ci Liqasında yarışan "Şəmkir"də ayrılıq yaşanıb.

Qərb təmsilçisindən "Mediasport"a verilən məlumata görə, baş məşqçi Vüqar Nadirovun köməkçisi Rüfət Quliyev yola salınıb.

Mütəxəssislə anlaşmaya qarşılıqlı razılıq əsasında xitam verilib.

Xatırladaq ki, Quliyev şəmkirlilərin məşqçilər korpusunda işə 3 ay əvvəl başlamışdı.

Komanda çempionatda 4 turdan sonra 9 xalla "Şirvan" və "Qaradağ Lökbatan"la birlikdə 2-4-cü yerləri bölüşür.

Lider "Xankəndi"nin 12 xalı var.