Azərbaycanlı hakim Səudiyyə Ərəbistanı çempionatında
Azərbaycanlı boks hakimi Fərhad Rəhmanov Səudiyyə Ərəbistanı çempionatında işləyəcək.
"Mediasport" xəbər verir ki, beynəlxalq dərəcəli referi sabah start götürəcək yarışda ədaləti qoruyacaq.
O, məktəblilər, yeniyetmələr və gənclər arasında ölkə birinciliyində neytral hakim funksiyasını yerinə yetirəcək.
4 gün davam edəcək çempionat paytaxt Ər-Riyadda təşkil ediləcək.
