Həsrət Cəfərov yenə finalda məğlub oldu - Dünya çempionatı

Həsrət Cəfərov yenə finalda məğlub oldu - Dünya çempionatı

Xorvatiyanın Zaqreb şəhərində keçirilən güləş üzrə dünya çempionatına bu gün yekun vurulacaq.

"Mediasport" xəbər verir ki, sonuncu yarış günündə Azərbaycanın 1 təmsilçisi final görüşünə çıxıb.

Yunan-Roma növündə 67 kq çəki dərəcəsində yarışan Həsrət Cəfərov karyerasında ilk dəfə dünya çempionu olmaq imkanı qazansa da, 3-qat Avropa çempionu və Olimpiya mükafatçımız həlledici raundda iranlı Səid İsmayıl Murad Quliyə uduzub - 1:2.

Cəfərov 2023-cü ildə də mundialın finalında məğlub olmuşdu.

Xatırladaq ki, mundiala 23 güləşçi ilə yollanan Azərbaycan komandası ümumilikdə 7 medal əldə edib.

Sərbəst güləşçilərdən Giorgi Meşvildişvili (125 kq) gümüş, Nürəddin Novruzov (61 kq), Arseniy Djioyev (86 kq) və Osman Nurmaqomedov (92 kq) bürünc, yunan-Roma növündə Ülvi Qənizadə (72 kq) qızıl, Eldəniz Əzizli (55 kq) və Murad Əhmədiyev (97 kq) bürünc medal qazanıblar.


Mundiala yollanan heyət


Sərbəst güləş

57 kq İslam Bazarqanov

61 kq Nürəddin Novruzov

65 kq Əli Rəhimzadə

70 kq Kənan Heybətov

74 kq Turan Bayramov

79 kq Cəbrayıl Qadjiyev

86 kq Arseniy Djioyev

92 kq Osman Nurmaqomedov

97 kq Maqomedxan Maqomedov

125 kq Giorgi Meşvildişvili


Qadın güləşi

57 kq Jalə Əliyeva

59 kq Günay Qurbanova

62 kq Birgül Soltanova


Yunan-Roma güləşi

55 kq Eldəniz Əzizli

60 kq Nihat Məmmədli

63 kq Murad Məmmədov

67 kq Həsrət Cəfərov

72 kq Ülvü Qənizadə

77 kq Sənan Süleymanov

82 kq Qurban Qurbanov

87 kq İslam Abbasov

97 kq Murad Əhmədiyev

130 kq Beka Kandelaki