Bütün sərbəst güləşçilərimiz Gimnaziadada medal qazandılar

Azərbaycanın U-15 sərbəst güləşçiləri Serbiyanın Zlatibor şəhərində keçirilən Gimnaziada İdman Oyunlarında uğurla çıxış ediblər.
"Mediasport" xəbər verir ki, idmançılarımız yarışda 10 medal (2 qızıl, 3 gümüş, 5 bürünc) qazanıblar.
Məşqçilər Namiq Quliyev və Elşad Allahverdiyevin rəhbərliyi altında çıxış edən güləşçilərimizin hamısı fəxri kürsüyə qalxıb.
Elman İsmayılovla (38 kq) İbrahim Həsənov (44 kq) çempion olublar.
Hüseyn Rzazadə (41 kq), Fərid Hüseynli (52 kq) və Məhəmməd Həsənli (62 kq) ikinci yeri tuutblar.
Tamerlan Namazlı (48 kq), Elcan Həsənov (57 kq), Xəyal Şükürlü (68 kq), Elvin Necəfzadə (75 kq) və Tural Eynullayev (85 kq) isə bürünc mükafata yiyələniblər.