Azərbaycanın daha bir güləşçisi Avropa çempionu adını qazandı

Azərbaycanın daha bir güləşçisi Avropa çempionu adını qazandı

Şimali Makedoniyanın paytaxtı Skopyedə güləş üzrə U-17 Avropa çempionatı davam edir.

"Mediasport" xəbər verir ki, qitə birinciliyinin 3-cü yarış günündə yunan-Roma güləşi üzrə son qaliblər müəyyənləşib.

Azərbaycanın medal uğrunda görüşlərə çıxan 3 təmsilçisindən ikisi fəxri kürsüdə yer alıb.

45 kq-da Abdurrahman Hüseynli finalda gürcüstanlı Saba Abaşidzeyə 9:0 hesabı ilə qalib gələrək qızıl medala sahib çıxıb.

51 kq-da Elşad Abbasov bürünc medal uğrunda dueldə macarıstanlı Keve Kovaça məğlub olub.

60 kq-da isə Əli Nəzərov həlledici görüşdə ermənistanlı Hayk Manukyana uduzaraq gümüş mükafatla kifayətlənib.

Qeyd edək ki, yunan-Roma güləşçilərimizdən daha əvvəl 110 kq-da Rihad İbrahimli Avropa çempionu olub, Qurban Məcnunov (48 kq) və Nicat Yeylaqaliyev (80 kq) bürünc medal əldə ediblər.

Azərbaycan Avropa çempionatına ümumilikdə 27 güləşçi ilə yollanıb.