Dünya çempionatı: 3 cüdoçumuz mundialda mübarizəyə başlayır

Bu gün Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə böyüklər arasında dünya çempionatına start götürəcək.
"Mediasport" xəbər verir ki, ilk yarış günündə Azərbaycanın üç cüdoçusu mübarizə aparacaq.
Əhməd Yusifov (60 kq) 1/16 finalda yaponiyalı Ryuju Naqayama ilə üz-üzə gələcək.
Leyla Əliyeva (48 kq) 1/32 finalda türkmənistanlı Kurbanay Kurbanova ilə qarşılaşacaq.
1/32 finaldan başlayacaq Könül Əliyeva (48 kq) isə ABŞ təmsilçisi Mariya Seliya Labordeni məğlub etməyə çalışacaq.
Azərbaycan DÇ-də 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil olunacaq.
Yığmamız həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.