Azərbaycanlı vinger Superliqada növbəti qolunu vursa da...
Albaniya Superliqasında 5-ci turun oyunları keçirilir.
"Mediasport" xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi "Partizani" səfərdə "Biliş"lə qarşılaşıb.
Mtaça startda başlayan vinger 20-ci dəqiqədə hesabı açsa da, komandası məğlubiyyətdən qaça bilməyib - 1:3.
İsgəndərli 61 dəqiqə meydanda olub. Xatırladaq ki, Vüsal 3-cü turda "Vlajniya" ilə dueldə də fərqlənmişdi.
"Partizani" 4 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.
