DÇ-2026: Əliyar Ağayev Serbiya millisinin matçını idarə edəcək

FİFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.
“Mediasport” xəbər verir ki, o, DÇ-2026-nın seçmə mərhələsinin K qrupunda keçiriləcək Serbiya - Andorra qarşılaşmasının baş hakimi olacaq.
Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.
Matçın VAR hakimləri italiyalı Canluka Aureliano və Valerio Marini olacaqlar.
Görüş iyunun 10-da Leskovaç şəhərində yerləşən “Duboçiça” stadionunda, Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.