Konfrans Liqasında püşktama: "Zirə"nin rəqibi məlum olacaq
Bu gün UEFA Avropa Konfrans Liqasında da yeni mövsümün 1-ci təsnifat mərhələsinin püşkü atılacaq.
"Mediasport" xəbər verir ki, UEFA-nın cəzası səbəbindən yarışa "Turan Tovuz"un yerinə qatılacaq "Zirə"nin də rəqibi məlum olacaq.
İsveçrənin Nyon şəhərində yerləşən UEFA-nın mənzil-qərargahında baş tutacaq tədbir Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.
Rəşad Sadıqovun komandası səpələnmişlər səbətində yer alacaq.
Təmsilçimizin potensial rəqiblərinin siyahısında 5 rəqib qalıb:
"Torpedo" (Gürcüstan), "Velej" (Bosniya və Herseqovina), "Yelimay" (Qazaxıstan), "Elbasani" (Albaniya), "Petrovats" (Monteneqro).
Raundun oyunları iyulun 9-u və 16-da baş tutacaq.


