Azərbaycanlı hakim Çempionlar Liqasının oyunlarını idarə edəcək

  Azərbaycanlı hakim Çempionlar Liqasının oyunlarını idarə edəcək

2025-26 mövsümündə minifutbol üzrə Çempionlar Liqasının oyunlarına təyinat alan hakimlərin adları açıqlanıb.

"Mediasport" xəbər verir ki, Avropa Minifutbol Federasiyasının açıqladığı siyahıda azərbaycanlı hakim Rza Məmmədov da yer alıb.

O, turnir çərçivəsində keçiriləcək bəzi matçları idarə edəcək. Məmmədovun hansı görüşləri idarə edəcəyi açıqlanmayıb.

Xatırladaq ki, sentyabrın 17-21-də Bolqarıstanın paytaxtı Sofiya şəhərində təşkil olunacaq turnirdə Azərbaycanı 3 komanda - "Birbaşa Bakı", "Zirə" və "Aznur" təmsil edəcək.