AFFA prezidenti Rövşən Nəcəf: "Biz idmanda da uğurlara imza atırıq"

"Bakı daha bir mötəbər tədbirə ev sahibliyi edəcək. Biz idmanda da uğurlara imza atırıq. Bu, bizə imkan verir ki, idmanın inkişafını nümayiş etdirək".
"Mediasport" xəbər verir ki, bu sözləri AFFA prezidenti Rövşən Nəcəf deyib.
Federasiya rəhbəri mayda Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatının püşkatma mərasimindən sonra jurnalistlərə açıqlama verib.
O, Bakının yarışa yüksək səviyyədə ev sahibliyi edəcəyini vurğulayıb:
"Azərbaycan xalqının futbola olan sevgisini göstəririk. Orxan Məmmədova və onun komandasına minnətdaram. Onun sayəsində bu turniri qəbul edirik. Gələcək nəsilə göstərə bilərik ki, inanırsızsa, uzunmüddətli baxış varsa, bir çox şeyə nail ola bilərsiz. Dünya çempionatında iştirak edəcək komandalara uğurlar arzulayıram".
Qeyd edək ki, mayın 21-dən iyunun 1-dək təşkil ediləcək mundialda yığmamızın rəqibləri A qrupunda Mavritaniya, Sloveniya və Bəhreyn milliləri olacaqlar.