"Qarabağ" dünya sıralamasında 10 pillə irəlilədi - YENİ REYTİNQ

"Qarabağ" dünya sıralamasında 10 pillə irəlilədi - YENİ REYTİNQ

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların yenilənmiş dünya reytinqini açıqlayıb.

"Mediasport" xəbər verir ki, 501 kollektivin yer aldığı siyahıda Azərbaycanın 4 təmsilçisi var.

Ölkəmizdən ən yaxşı göstəriciyə malik "Qarabağ" 10 pilləlik irəliləyişə nail olub.

Azərbaycan çempionu 143.5 xalla 114-cü sıraya yüksəlib.

"Sabah" da ciddi irəliləyiş edib. 68,5 xalı olan "bayquşlar" 26 pillə sıçrayışla 367-ci yerə çıxıblar.

Yüksəliş göstərən digər təmsilçimiz "Araz-Naxçıvan" 58,75 xalla 492-ci yerdən 454-cü sıraya qalxıb.

"Zirə" isə 13 addım geriləyib. "Qartallar" 94,75 xalla 220-ci yerdən 233-cü pilləyə düşüblər.

Dünya sıralamasına 490 xalla Madrid "Real"ı başçılıq edir.