Paytaxt təmsilçisi Azərbaycan Kubokunda oyuna gəlmədi
Futzal üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib.
"Mediasport" xəbər verir ki, yalnız bir görüş baş tutmayıb.
"Yeni Suraxanı" U-19-la görüşə gəlməyib. Matçın nəticəsi haqda AFFA İntizam komitəsi qərar verəcək.
Azərbaycan Kuboku. 1/8 final
"Ulduz" - "Baku Fire-2" 1:12
"STAR kargo" – "Şuşa"10:8
"Timsport" – PFL 4:15
1/4 final
15 mart
U-19 – "Yeni Suraxanı" // PFL
"Lənkəran" – "Baku Fire-2"
"STAR kargo" – "Neftçi" İK
"Xan-Lənkəran" – "Araz-Naxçıvan"
